Göygöldə yol qəzası olub, 6 nəfər xəsarət alıb - SİYAHI

Göygöl rayonun Topalhəsənli kəndində "Opel" və "VAZ" markalı avtomobillər toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 6 nəfər xəstəxanaya çatdırılıb.

Yaralıların siyahısını təqdim edirik:

1974-cü il təvəllüdlü Əliyev Hümbət Oqtay oğlu

2002-ci il təvəllüdlü Əliyev Nicad Hümbət oğlu

1997-ci il təvəllüdlü Tağıyev Orxan Salman oğlu

1978-ci il təvəllüdlü Əliyeva Qızılgül Həmzə qızı

2007-ci il təvəllüdlü Əliyevə Səbinə Hümbət qızı

1992-ci il təvəllüdlü Cəfərov Turac Fərmayıl oğlu.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47