Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

Göygöl. 23 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl Olimpiya Kompleksinin yaxınlığında baş verib. 

Belə ki, "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Mercedes-Benz" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü və sərnişini yüngül xəsarət alsalar da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər