Göygöldə yeniyetmənin əlində pirotexniki vasitə partlayıb, barmağı amputasiya olunub

Göygöl rayonunun Üçtəpə kəndində 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitə partlayıb.

"Report"un məlumatına görə, hadisə martın 22-də qeydə alınıb.

Gəncə şəhər sakini Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitənin partlaması nəticəsində əlləri əzilmiş-deşilmiş və bir barmağı amputasiya olunub.

Araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13