Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.

İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmaya başlanılıb.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38