Göygöldə qohumunun evindən pul oğurlayan şəxs saxlanılıb

Göygöl. 20 fevral. REPORT.AZ/ Göygöl rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvar ayının 23-də rayonun Üçtəpə kəndində uzaq qohumunun fərdi evindən 8 min manata yaxın nağd pul oğurlayan, əvvəllər Rusiya Federasiyasında bir-neçə dəfə məhkumluq həyatı yaşamış, Göygöl rayon sakini, 1985-ci il təvəllüdlü Elfaq Çapay oğlu İsayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47