Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan var 

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-21015" markalı minik avtomobili və "Ford" markalı kiçik tutumlu yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü,Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Çapay oğlu Nağdaliyev xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37