Göygöldə mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Üçtəpə kəndinin ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "QAZel" markalı mikroavtobusun toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Elçin Valeh oğlu Məmmədovun aldığı xəsarət daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Digər xəsarət alan şəxs isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47