Göygöldə məktəblini avtomobil vurub

Göygöl rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı T.Vəlizadəni avtomobil vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48