Göygöldə külək daş hasarı maşının üzərinə aşırıb - FOTO

Göygöl. 25 mart. REPORT.AZ/ Göygöl rayonunda gecə saatlarında əsən güclü külək yaşayış evlərindən birinin daş hasarını aşırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə yerli sakin Abbasov Araz Çingiz oğluna məxsus "VAZ-2114" markalı minik avtomobili uçulan hasar daşlarının altında qalıb.

Avtomobilə ciddi ziyan dəyib. Sürücü həmin zaman maşında olmadığı üçün xəsarət almayıb.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.

Digər xəbərlər