Göygöldə yol qəzası olub, xəsarət alanlar var

Göygöldə iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində Göygöl rayon sakinləri - 31 yaşlı Amil Mamedov və Samir Xıdırov ağır yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göygöldə ağır yol qəzası baş verib.

Digər xəbərlər