Göygöldə yol qəzasında ana və qızı yaralanıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin "VAZ-21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47