Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə - Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər : 1990-cı il təvəllüdlü Xəqani Bayramov, 2005-ci il təvəllüdlü Eşqin Bayramov və 1994-cü il təvəllüdlü Famil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili yardım avtomobilinin köməyi ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12