Göygöldə gənci elektrik cərəyanı vurdu

Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Asim Qurbanovu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılıb. A.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər