Göygöl rayonunun Firuzabat qəsəbəsində yaşadığı evdə meyiti tapılan şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, üzərində zorakılıq əlamətləri olmayan 65 yaşlı Sabir Cəfərlinin meyiti yaşadığı evdə aşkarlanıb.
Onun bir neçə gün öncə öldüyü güman edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. ***18:45
Göygöl rayonunda tənha yaşayan kişinin meyiti yaşadığı evdə tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Firuzabat qəsəbəsində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan ahıl kişinin meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.