Göygöldə dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib

Göygöl rayonunda dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2006-cı il təvəllüdlü S.Allahverdiyeva yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Allahverdiyeva 9-cu sinif şagirdi olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39