Göygöldə bıçaq xəsarəti alan gənc ölüb

Göygöl rayonunda 25 yaşlı gənc oğlan bıçaq xəsarətindən dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Üçtəpə kəndində 25 yaşlı E.Mustafayev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45