Göygöldə betonqarışdıran maşın 2 minik avtomobilinin üstündən keçib, yaralılar var - YENİLƏNİB

Göygöl. 17 dekabr. REPORT.AZ/ Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Elçin Vahid oğlu Əliyev idarə etdiyi bettonqarışdıran maşınla hərəkətdə olan zamanı idarəetmədən çıxaraq qarşı tərəfdən gələn "VAZ-2107" və "Ford" markalı avtomobillərin üstündən keçib.

Hadisə zamanı hər iki minik maşınının sürücüsü və avtomobillərdə olan sərnişinlər - Göygöl rayon sakinləri, 1991-ci il təvəllüdlü Asim Məhəmməd oğlu Kəlbiyev, 1989-cu il təvəllüdlü İlkin Mustafa oğlu Əlizadə və 1967-ci il təvəllüdlü Rəhim Hikmət oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bğalı araşdrımalara başlanılıb.


*** 12:26

Göygöl. 17 dekabr. REPORT.AZ/ Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb.

Belə ki, betonqarışdıran maşını 2 minik avtomobilinin üstündən keçib. Hadisə nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Qəzanın baş verməsinin səbəbləri araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39