Göygöldə bank işçisini qətlə yetirən şəxs saxlanılıb

Göygöldə qətl törədərək hadisə yerindən qaçan şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə kənd ərazisində Günay Yusif qızı Cəlilini qətlə yetirən Orxan Məmmədov Bakı şəhərində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qətlə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39