Göygöl. 8 noyabr. REPORT.AZ/ Göygöl rayonunda avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1972-ci il təvəllüdlü Sakin Səfiyev və Taleh Quliyev xəsarət alıb. Hər iki yaralının vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.