Göygöldə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Göygöl. 27 avqust. REPORT.AZ/ Göygöl rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. İlkin məlumatlara görə, "VAZ-2107" markalı avtomobilə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - sürücü və qadın sərnişinlə onun övladı xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47