Göygöldə avtomobil piyadanı vuraraq öldürüb 

Göygöl rayonunun Quşqara kənd yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobil 1980-ci il təvəllüdlü Rəqsanə Səfərovanı vurub.

Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19