Göygöldə avtomobil maneəyə çırpılıb, ölən var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1980-ci il təvəllüdlü Emin Novruzov ağır xəsarət alıb.

O, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37