Göygöldə avtomobil aşıb, xəsarət alan var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Quşqara kəndində qeydə alınıb. 

Minik avtomobilinin aşması nəticəsində Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Həsən Paşayev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31