Göygöldə ahıl kişi bədbəxt hadisə nəticəsində ölüb

Göygöl rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Pənahlılar kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Bəhruz Rüstəmov hündür hasardan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21