Göygöldə 52 yaşlı qadın küçədə döyülüb

Göygöl rayonunda 52 yaşlı qadın tanışı tərəfindən döyülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı yaxınlığında qeydə alınıb. 

Belə ki, mübahisə zəminində küçədə tanışı tərəfindən döyülən 1967-ci il təvəllüdlü N.Q. müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər