Göygöldə 34 yaşlı kişi bıçaqlanıb 

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1987-ci il təvəllüdlü Azər Məhərrəmov ailə münaqişəsi zəminində bıçaqlanıb. O, 3 bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir .

A.Məhərrəmovu bıçaqlamaqda qaynatası, 1955-ci il təvəllüdlü Amil İbrahimov şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər