Göygöldə 32 yaşlı kişi dərmandan zəhərlənib 

Göygöl rayonunda yerli sakin qəbul etdiyi dərmandan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü F.Abdullayev qəbul etdiyi dərmandan zəhərlənib.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər