Göygöldə 27 yaşlı gənc bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hacıməlik qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Elcan Nofəl oğlu Həsənov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaq xəsarəti alıb.

O, Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13