​Göygöldə 22 yaşlı oğlanı ilan sancıb

Göygöl. 8 avqust. REPORT.AZ/ Göygöl rayonunda ilan sancması hadisəsi baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, rayonun Üçtəpə kənd sakini, 1994-cü il təvəllüdlü Əmrah İsgəndərov sol ayağından ilan sancma diaqnozu ilə xəstəxanaya gətirilib.

O dərhal tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, onu yaşadığı evin həyətində gəzən zaman ilan sancıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45