Göygöl rayonunda bədbəxt hadisə baş verib, 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib

Göygöl. 18 avqust. REPORT.AZ/ Göygöldə bədbəxt hadisə baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xasabağ kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Aytac Qurbanova daxilə keçən kəsilmiş-deşilmiş yaralarla Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. 11 yaşlı uşağın vəziyyəti orta-ağır qiymətləndirilir. 

Aytac Qurbanovanın hansı şəraitdə xəsarət alması müəyyənləşdirilir. 

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər