Göygöl rayonunda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon Balçılı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər