Göygöl rayonunda 76 yaşlı kişi qayadan yıxılaraq ölüb

Göygöl. 10 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Cəmşid Həmid oğlu Qəhrəmanov kənd ərazisindəki qayalıqdan yıxılaraq ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13