Göyçayın icra başçısının köməkçisi Vahid İsayev saxlanılıb

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluqdan “Report”a məlumatı təsdiqləyiblər.

Onun nə üçün saxlanıldığı açıqlanmır.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26