Göyçayda ev yanaraq külə dönüb

Göyçay. 6 mart. REPORT.AZ/ Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə saat 06:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini Adil Oruc oğlu Kərimova məxsus ev anidən alovlanıb. Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi davam etdirilir və ətraf tikililər yanğından mühafizə edilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05