Göyçayda traktor velosipedçini vuraraq öldürüb

Göyçay rayonunda traktor velosipedçini vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində iyulun 12-si saat 17 radələrində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi - 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30