Göyçayda sakinlərdən silahlar götürüldü

Göyçay rayonunda qanunsuz silah saxlayan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Alıkənd kənd sakinləri E.Qasımov və qardaşı oğlundan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb. 

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48