Göyçayda Rusiya vətəndaşı itkin düşüb

Göyçay rayonunda Rusiya vətəndaşı itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı, 1964-cü il təvəllüdlü Kuzmin Sergey Nikolayeviç avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102”Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020) 274-04-91 şəhər və (050) 502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34