Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb

Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, hadisə avqustun 4-də rayonun Bığır kəndində qeydə alınıb.

1951-ci il təvəllüdlü Məmmədov Tahir Abdulla oğlu yaşadığı evin həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48