Göyçayda çayxanada yanğın baş verib

Göyçay rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Report” FHN-ə istinadən xəbər verir ki, rayonun Bəydövül kəndində ümumi sahəsi 120 kv. m olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 kv. m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48