Göyçayda biçilməmiş taxıl sahəsi yanıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunur


***21:45

Göyçay rayonunun Mirzəhüseynli kəndində vətəndaşa məxsus 10 hektar biçilməmiş taxıl sahəsinin 1,5 hektarı yanıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə yerinə dərhal FHN-in Göyçay Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Ötən gün də rayon ərazisində biçilməmiş taxıl sahəsində yanğın baş verib, nəticədə 2 hektara yaxın ərazi tamamilə yanıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41