Göyçayda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Göyçayda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "BMW" markalı minik avtomobillər hərəkətdə olan zaman toqquşub. Nəticədə 5 nəfər yaralanıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02