Göyçayda avtomobil qəzası olub, yaralananlar var

Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, olay rayonun Mallı-Şıxlı kəndində baş verib.

Hadisə zamanı "VAZ-2106" markalı avtomobilin sürücü idarəetməni itirib və iki nəfər xəsarət alıb.

Yaralılardan sürücü 1958-ci il təvəllüdlü Əhmədov Muxtar Soltan oğlu rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sərnişinin – sürücünün həyat yoldaşının vəziyyəti normal olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Zaqatalada zəlzələ olub 01 oktyabr, 2026 / 14:59