Göyçayda Bəydövül kəndində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması zamanı 1 nəfər – rayonun Şahsoltanlı kənd sakini, 51 yaşlı Ağayev Ziyaməddin Mirsalik oğlu ölüb, daha 4 nəfər isə müxtəlif xəsarətlər alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.