Göyçayda 55 yaşlı kişi intihar edib

Göyçay rayonunun Çərəcə kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədov İntiqam Əlibala oğlu intihar edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, o, yaşadığı evin yaxınlığında özünə qəsd edib.

İ.Əhmədov evlidir, iki övladı var.

Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54