Bakı. 16 iyun. REPORT.AZ/ Göyçayda 4 bal gücündə zəlzələ olub.
Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən,yerli vaxtla saat 17:41:12 -də Göyçay ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 ball,ətraf rayoynlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.3, dərinliyi 50 km olub.