Göyçayda 31 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb

Göyçayda 31 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün rayonun Ləkçılpaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1992-ci il təvəllüdlü Sevda Xadimiəsgər yaşadığı evin həyətində ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47