Göyçay sakini beton kanala düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay şəhəri, Vidadi küçəsində 1 nəfər vətəndaşın beton kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN Mətbuat xidmətindən məlumat verilib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ilkin məlumata əsasən müəyyən olunub ki, 1996-cı il təvəllüdlü Əliyev Ramazan Mürşüd oğlu içərisində su olmayan beton kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq vasitələrlə kanaldan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26