Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov vəzifəsindən azad edilib.

"Report"un bölgə müxbiri xəbər verir ki, onun yerinə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Elçin Bilalov təyin olunub.

Qeyd edək ki, E.Bilalov Göyçayda fəaliyyət göstərən "Təbabət" klinikasının rəhbəri olub.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37