Goranboyda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Goranboy rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı 3 avtomobil toqquşub.

Nəticədə Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Lətif Nemət oğlu Abdullayev və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47