Goranboyda zəlzələ olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar Bakı vaxtı ilə saat 10:44-də Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində qeydə alınıb.

Maqnitudası 3,5 olan və 10 km dərinlikdə baş verən zəlzələ hiss edilməyib.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54